XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

18 Fevral 2017 - 11:36

Türkiyədəki layihələrə11 mlrd. dollar xərclənib

2016-cı ildə "Petlim" konteyner limanı, "Petkim" neft-kimya kompleksi, STAR Neft Emalı Zavodu, "Petkim" Külək Elektrik Stansiyası və TANAP layihələrinə xərclənən vəsait ümumilikdə 11 mlrd. dollara çatıb.

“Report” xəbər verir ki,bunu “SOCAR Turkey Energy” şirkətinin baş direktoru Zaur Qəhrəmanov “Energy Business” jurnalına müsahibəsində bildirib.

“Layihələrimiz tamamlandıqda ümumi investisiya həcmi təxminən 18 mlrd. dollar olacaq. “Petkim” neft-kimya kompleksinin özəlləşdirilməsi 2 mlrd. 40 mln. dollar, satın alındıqdan sonra kompleksə yatırılan investisiya 600 mln. dollardır. TANAP-ın dəyəri 8,5 mlrd. dollar, STAR zavodunun 5,7 mlrd. dollar, “Petlim” konteyner limanının ümumi investisiya dəyəri isə 400 mln. dollar təşkil edir".

O qeyd edib ki, 2016-cı il “SOCAR Turkey” üçün çox uğurlu il olub. Onun sözlərinə görə, TANAP layihəsində böyük məsafə qət edilərək layihənin 60%-i tamamlanıb:"Bununla yanaşı, “Petlim” konteyner limanının I fazası tamamlanıb, əməliyyatlara başlanıb. Limanın II fazası üzrə işlər davam edir. Bu il II faza üzrə işlər tamamlanacaq".

Z.Qəhrəmanov ötən ilin dekabr ayı göstəricisinə görə, STAR Neft Emalı Zavodunun 82%-nin tamamlandığını qeyd edib. O həmçinin bildirib ki, "Petkim" Külək Elektrik Stansiyası layihəsi üzrə də böyük həcmdə işlər görülüb. “SOCAR Turkey” rəhbərinin sözlərinə görə, Külək Elektrik Stansiyasının bu il fəaliyyətə başlaması hədəflənir.