XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

21 Fevral 2017 - 16:47

BP-dən açıqlama:""Şahdəniz" qazının gündəlik ixracı 2 milyon kubmetr artıb"

sahdeniz-2

2016-cı ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Blokun operatoru "BP-Azerbaijan" şirkətindən verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və "Şahdəniz" qazı üçün təqribən 29,5 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. standart kubmetr təşkil edir.

2016-cı ildə terminal 286,8 mln. bareldən artıq neft və kondensat, o cümlədən 253,4 mln. bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 30,3 mln. bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 3,1 mln. barel ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz" İB-nin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur. İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28,9 mln. standart kubmetr (1 mlrd. 21 mln. standart kubfut) "Şahdəniz" qazı ixrac edilib. Qeyd edək ki, 2015-ci ildə ərzində bu göstərici 26,9 mln. standart kubmetr (949,5 mln. standart kubfut) olub. Beləliklə, ötən il "Şahdəniz" qazının gündəlik ixracı orta hesabla 2 mln. kubmetr artıb.

Qeyd edək ki, AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Limited" (2,7%) təşkil edir. AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited" şirkəti operatordur.

APA