"Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) məqsədi neft hasilatının azaldılmasını nəzərdə tutan sazişə 100 faiz əməl etməkdir".
“Bloomberg.com” xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.
O bildirib ki, əldə olunmuş nəticələr çox ümidvericidir. Məqsəd bu öhdəliyə 100 faiz əməl etməkdir.
M.Barkindo neftin qiyməti ilə bağlı hər hansı bir hədəfin olmadığını, qiymətin bazar tərəfindən tənzimlənəcəyini deyib.
Qeyd edək ki, OPEC neft hasilatının azaldılmasını nəzərdə tutan sazişə 90 faiz əməl edib. Yanvarda OPEC-in hasilatı gündəlik 32,1 milyon/barrel olub. /Azərtac