XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 12:43

“Azercell” ötən il dövlət büdcəsinə175 mln. manat ödəyib

Azərbaycan mobil rabitə bazarının 40%-nə nəzarət "Azercell Telecom" MMC 2016-cı ildə dövlət büdcəsinə toplam olaraq 175,1 mln. manat, son 20 il ərzində isə 1 458,2 mln. manat vəsait ödəyib.

"Report" xəbər verir ki, bu haqda "Azercell"in 2016-cı il üçün hesabatında qeyd olunub.

Hesabata görə, ötən il şirkət ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən ölkə büdcəsindəki ümumi ödənişlərin 2,3%-ni, qeyri-neft sektoru üzrə ödənişlərin 2,9%-ni təşkil edib.

"Azercell" ötən il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 31,016 mln. ABŞ dolları, ölkədə fəaliyyət göstərdiyi 20 il ərzində isə 1 443 mln. dollar həcmində vəsait yatırıb. Ötən il şirkət işçilərinin inkişafına 659,4 min dollar, 20 ildə isə 22,434 mln. dollar sərmayə yatırıb. Eyni zamanda, 2016-ci il ərzində sosial layihələrin həyata keçirilməsinə 255,7 min dollar, 20 ildə isə 18,722 mln. dollar sərf olunub.

Hazırda "Azercell"in Azərbaycanda 63 "Ön Masa", "Azercell Express" ofisləri və 393 rəsmi satış məntəqəsi fəaliyyət göstərir.