XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 13:57

Neftin 70 dollaradək bahalaşacağıproqnozlaşdırılır

Dünya bazarında neftin qiyməti tələb və təklifin tarazlıq əldə ediləndən sonra bu ilin sonuna qədər 70 dollar/barelə yüksələcək.

"Report"un "Rambler News Service"ə istinadən verdiyi xəbərə görə, bu proqnozla ABŞ "Citibank"nın analitikləri çıxış ediblər. Yaxın aylarda isə neftin qiymətinin 53-58 dollar/barel diapazonunda qalacağı ehtimal edilir.

Bankın hesabatında bildirilir ki, neftin orta qiymətinin I rübdə 55 dollar/barel, II rübdə isə 56 dollar/barel təşkil edəcəyi gözlənilir.

Xatırladaq ki, Bankın bundan əvvəlki proqnoz hesabatında bu göstəricilər müvafiq olaraq 50 və 54 dollar/barel olub.