XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 22:26

Gürcüstandan Azərbaycana idxal artıb- Əsasən nə gətirilir?

2017-ci ilin yanvarında Azərbaycan Gürcüstandan məhsul idxalını ötən ilin analoji dövrü ilə müqayisədə 9,34 milyon dollaradək artırıb.

Trend bu barədə Gürcüstan Statistika Xidmətinin hesabatına əsasən məlumat verir.

Gürcüstanın ixracatında Azərbaycanın payı 5,3 faiz təşkil edib. Bu rəqəm 2016-cı ilin yanvarında 3,1 faizə bərabər olub.

Statistikaya əsasən, Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci ilin yanvarında 73,36 milyon dollar təşkil edib. Gürcüstanın xarici ticarət əməliyyatlarında Azərbaycanın xüsusi çəkisi 11,3 faizə bərabər olub.

Gürcüstandan idxal göstəricisində əsas yer boruların payına düşüb.