Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İrana səfəri çərçivəsində Ərdəbil şəhərində əyalət rəsmiləri ilə görüşüb.
Strateq.az "Mehr News"a istinadla xəbər verir ki, S.Mustafayev son illərdə rəsmi Tehran-Bakı arasındakı əlaqələr günbəgün gücləndiyini və iki ölkə prezidentlərinin dəfələrlə görüşdüyünü xatırladıb. O, hazırda Azərbaycanda 538 İran şirkətinin fəaliyyət göstərdiyini qeyd edib. "Ölkələrimiz arasında ticarət dövriyyəsi 17 milyard dollara çatıb. Bu rəqəmin 6 milyard dolları neft, yerdə qalanı iqtisadiyyatın digər sahələrinə aiddir"
Azərbaycanın iqtisadiyyat naziri deyib: "Ərdəbil vilayəti iqtisadi, mədəni və siyasi sahələrdə Azərbaycan-İran əlaqələrinin inkişaf etdirilməsi istiqamətində təsirli potensiala malikdir".
Görüşdə İran-Azərbaycan münasibətləri daxil olmaqla, Ərdəbil dəmiryolu xətti, sərbəst iqtisadi zona, Xudafərin su anbarı kimi layihələr müzakirə edilib.