Azərbaycan və İran arasında ticarət dövriyyəsinin həcmi 70% artıb.
Strateq.az "Mehr News"a istinadla xəbər verir ki, bunu İranın informasiya texnologiyaları naziri Mahmud Vaezi bildirib.
İran-Azərbaycan birgə iqtisadi komissiyasının iclaslı çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşən M.Vaezi iki ölkə arasında əlaqələrinin daha da genişləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
"İran və Azərbaycan son illər əlaqələrin inkişafı üçün böyük addımlar atıb. Birgə iqtisadi komissiyanın rəsmiləri, prezident Ruhani və prezident Əliyev arasında yeddi görüş strateji tərəfdaşlığı daha da gücləndirib. İran və Azərbaycan biznesmenləri ikitərəfli investisiyalara can atırlar. Tehran və Bakı neft sahəsindən başqa, digər istiqamətlərdə də iqtisadi əlaqələri inkişaf etmək qərarına gəlib".
M.Vaezi İranın qonşu və müsəlman ölkələrinin, xüsusilə Azərbaycanın sərhəd şəhərlərində əlaqələri genişləndirməyə hazır olduğunu vurğulayıb.