XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

24 Fevral 2017 - 19:07

lkin odənişsiz “iPhone 7” cəmi 109 manata- Azercell-dən yeni kampaniya

"iPhone 7" və "iPhone 7 Plus" smartfonlarının Azərbaycanda rəsmi satışını təqdim edən yeganə mobil operator "Azercell" bu gündən etibarən çox sərfəli şərtlərlə növbəti “iPhone” kampaniyasına başlayır.

Şirkətdən verilən məlumata görə, yeni kampaniya çərçivəsində bütün "Azercell" abunəçiləri "iPhone 7" telefonlarını ilkin ödənişsiz aylıq cəmi 109 AZN-dan başlayan qiymətlərlə əldə edə biləcəklər.

Kampaniyada iştirak etmək üçün abunəçilər "Azercell" ofislərinə (B.Bagırova 2, Tagiyev 18, 28 may kuç. 33A) yaxınlaşıb, mövcud təkliflərdən birini seçməlidirlər. Bununla onlar güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz Zəng” və ya “Hədsiz İnternet” tariflərindən birinə qoşularaq, "iPhone" telefonlarından birini əldə edəcəklər.

"Azercell" şəbəkəsinə yeni keçmiş abunəçi kampaniyaya qoşulmaq üçün öncə istifadə etdiyi operatordan son 6 aylıq fakturanı təqdim etməlidir. 1 abunəçi kampaniyadan yalnız bir telefon əldə edə bilər. Qeyd etmək lazımdır ki, "iPhone 7" və "iPhone 7 Plus" mobil telefonları "iPhone"nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi, ən uzun ömürlü batareyaya və suya/toza davamlılığı ilə seçilir.

Məlumat üçün bildirək ki, Novruz bayramı ərəfəsində abunəçiləri yeni-yeni kampaniyalar gözləyir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan "Azercell"in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər "Azercell"in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən "Azercell Ekspres" ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə "Azercell" ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan "Global Wireless Solutions" şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən "Azercell" şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.