XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 10:46

“Fitch” Azərbaycan üzrə reytinqini sabit saxlayıb –Hesabat

Fich

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli reytinqini "BB+" səviyyəsində saxlayıb.

Agentliyin yaydığı məlumata görə, reytinq üzrə proqnoz neqativdir.

Bildirilir ki, Azərbaycan hökumətinin aşağı səviyyəli borcu reytinqin sabit saxlanılmasında əsas rol oynayıb. Agentlik qeyd edir ki, Azərbaycan hökuməti neftin yüksək qiymətə satıldığı vaxtda əldə olunan gəlirlərin qorunub saxlanılmasına nail olub.

Reytinq üzrə proqnozun neqativ olmasına gəlincə, bildirilir ki, maliyyə sektorunun yenidən təşkil olunduğu bir vaxtda makroiqtisadi risklər qorunmaqdadır.