XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 11:20

ABB-nin problemli kreditlərinin həcmi açıqlanıb –Hesabat

beynelxalq-bank

Manatın ikinci dəfə devalvasiyaya uğraması və iqtisadi geriləmə Azərbaycanın bank sektorunu daha da zəiflətdi.

Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Agentlik Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə 2016-cı ildə 10 bankın lisenziyasının ləğv olunduğunu xatırladıb.

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) sağlamlaşdırılmasına toxunan "Fitch" bildirir ki, 2016-cı ildə bu proses başa çatdırılmayıb. Agentliyin məlumatına əsasən, ABB-nin kredit portfelində qeyri-işlək (problemli) kreditlərin payı 21% təşkil edir.

"Fitch" istisna etmir ki, bu rəqəm də kiçildilib. Bununla yanaşı, məlumatda deyilir ki, dövlət ABB-yə dəstək verməkdə davam edəcək.

Agentliyin mütəxəssisləri hesab edir ki, bank sektorunun dəstəyə ehtiyacı var. /APA