XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 15:38

Dolların sonrakı taleyi necə olacaq? –Sabiq nazirdən proqnoz

fikret-yusif

"Əslində, dolların bundan sonrakı taleyinin necə olacağı ABŞ-n yeni prezidentinin sərgiləcəyi iqtisadi siyasətdən və buna uyğun ortaya qoyulacaq maliyyə siyasətindən bilavasitə asılı olacaqdır. Bu məsələlərdə isə hələlik kifayət qədər qeyri-müəyyənlik mıvcuddur".

Bunu Strateq.az-a açıqlamasında sabiq maliyyə naziri, professor Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, seçkiqabağı bəyanatlarında Trampın iqtisadi siyasətə dair səsləndirdiyi fikirlər, bu gün dünya iqtisadi müstəvisində sürətlə gedən qloballaşmanın əksini nəzərdə tuturdu. Elə onun prezident kürsüsünə oturduqdan sonra imzaladığı ilk sərəncam da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatından öz ölkəsinin çıxmasını rəsmiləşdirdi:

"Trampın bu addımı bir çox ölkələrin liderlərini kifayət qədər narahat etdi. Digər tərəfdən, onun ABŞ-n Federal Ehtiyat Sisteminin (FED) fəaliyYətini təftiş etmək məqsədilə xüsusi qanunvericilik bazasını yaratmaq cəhdləri və bu təşkilatın ABŞ hökumətinin tərkibində deyil, özəl Mərkəzi Bank olmasını həzm edə bilməməsi, bundan sonra hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaqda çətinliklər yaradır.

Bu gün Tramp 100 il bundan öncə yaradılmış Federal Ehtiyat Sistemini – ABŞ Mərkəzi Bankını  ölkənin maliyyə sistemini böyük həcmdə borclarla yükləməkdə ittiham edir. O hesab edir ki, bu borclar Amerikanı xərçəng kimi içəridən yeyir və Federal Ehtiyat Sisteminin məmurları bunun üçün birbaşa heç bir məsuliyyət daşımırlar. Bütün bu söylədiklərimiz fonunda ABŞ dollarının bundan sonrakı dönəmlərdə Trampın sərgiləyəcəyi iqtisadi və maliyyə siyasətinə uyğun özünü necə aparacağını öncədən söyləmək çox çətindir".

Sabiq nazirin sözlərinə görə, əgər ciddi bir dəyişiklik baş verməzsə, Federal Ehtiyat Sisteminin bu ilin mart ayının 15-də keçiriləcək toplantısında uçot dərəcəsi qaldırıla bilər:

"Unutmayaq ki, keçən ilin dekabr ayında FED-in uçot dərəcəsinin 0,25 dərəcə artıraraq, bütövlükdə 0,75%-ə çatdırdı. Həmin toplantıda, 2017-ci il ərzində onun daha 3 dəfə, hissə-hissə artırılmasına dair qərar qəbul edilib. Bu səbəbdən də Amerika Birləşmiş Ştatları dollarının cari il ərzində əlavə olaraq 0,75% bahalanması gözləniləndi.

Bu isə o deməkdir ki, cari ilin sonlarına yaxın faktiki olaraq ABŞ dolları üzrə uçot dərəcəsi ümumilikdə 1,5%-ə qədər yüksələcəkdir".

Nəzərə alsaq ki, 2015-ci ilin oktyabr aylarının sonlarına qədər uçot dərəcəsi cəmisi 0,25% olub, onda cari ilin sonuna onun 1,5%-ə çatdırılması, iki il ərzində ABŞ dollarının 6 dəfə bahalanması demək olacaqdır: "Dolların bu şəkildə bahalaşması dünyanın maliyyə müstəvisində müəyyən dəyişiklikləri qaçılmaz edəcək".

Professor deyir ki, Azərbaycan manatının bundan sonrakı taleyi dünya bazarlarında neftin qiymətlərinin vəziyyətindən və qeyri-neft sektorundan ixracın səviyyəsindən bilavasitə asılı olacaq:

"Son 8 ay ərzində dünya bazarlarında neftin qiymətləri müəyyən bir səviyyədə sabitləşib və onun tədricən iartımı baş verir. Digər tərəfdən, hökumətin apardığı islahatlarla ölkə iqtisadiyyatının real sektorundan ixracın kifayət qədər artacağı gözlənilir. Bu iki amilin ortada olması, manatın məzənnəsi ilə bağlı optimist əhval-ruhiyyə yaradır".