Vaşinqtonun anti-İran sanksiyaları beynəlxalq kommersiya müqavilələri üçün ciddi təhlükə yaradır.
Strateq.az "Fars News"a istinadla xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondu (IMF) bəyan edib.
IMF xəbərdarlıq edib ki, ABŞ-ın sanksiyaları neft hasil edən ölkələrin iqtisadiyyatı üçün risklər, etibarsızlıq və qarışıqlıq yarada bilər.
Beynəlxalq Valyuta Fondu illik hesabatında qeyd edib ki, əvvəlki sanksiyaların yeniləşdirilməsi İranın iqtisadiyyatına da təsir edəcək və illik iqtisadi artım 3,3 faizə enəcək.