XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 18:03

SOCAR yanvar ayında nə qədər yanacaq məhsulları ixrac edib? –Rəqəmlər açıqlandı

neft

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin fevral ayında 73 min 693 ton dizel yanacağı, 3 min 983 ton təyyarə yanacağı, 8 min 451 ton yüksək təzyiqli polietilen, 937 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 232 ton maye piroliz qətranı, 5 min 184 ton propilen və 2 min 41 ton butilen butadien fraksiyası ixrac edib.

Strateq.az SOCAR-a istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-fevral ayları ərzində ümumilikdə 145 min 152 ton dizel yanacağı, 10 min 936 ton təyyarə yanacağı, 16 min 366 ton yüksək təzyiqli polietilen, 1 min 634 ton mütləqləşdirilmiş izopropil spirti, 12 min 397 ton maye piroliz qətranı, 8 min 292 ton propilen və 4 min 782 ton butilen butadien fraksiyası ixrac olunub:

"2017-ci ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 561,35 ABŞ dolları, təyyarə yanacağının – 512,71 dollar, dizel yanacağının – 485,98 dollar, 1% kükürdlü mazutun qiyməti – 319,1 dollar, yüksək təzyiqli polietilenin – 1280 dollar, butilen butadien fraksiyasının – 753,775 dollar, maye piroliz qətranının – 561,35 dollar, propilenin qiyməti – 815 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 1045 avro təşkil edib".