İsraildən Ceyhana uzanacaq boru xəttinin çəkilişi davam edən TANAP və TAP-la birləşdirilməsi ehtimalı var.
Strateq.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
"İsrail ərazisindən (500 km) TANAP-a uzanacaq belə bir xəttin maliyyə xərcləri hələlik hesablanmayıb. Ancaq İsrail mətbuatının məıumatına görə, Eylat-Aşkelon Boru Kəməri Şirkəti (EAPC) xərclərin təxminən 2,5 milyard dollar olacağını təxmin edir", – deyə "Al Jazeera" qeyd edir.
2010-ci ildə kəşf edilən "Leviathan" sahəsindən (20 trilyon kub metrlik ehtiyat) Türkiyəyə qaz nəqli 2019-cu ilin sonuna planlaşdırılır.
Eyni sahədən ikinci boru xətti Kipr-Krit adası-Yunanıstandan keçərək Avropanın mərkəzinə uzanmalıdır.