XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 19:09

Azərbaycan, Gürcüstan və Qazaxıstan yükdaşımalar üçün şərtlərimüzakirə etdi

Ələt-Aktau-Ələt və Ələt-Kurık-Ələt istiqamətlərində dəmir yolu və bərələrlə yükdaşımaların həyata keçirilməsi üçün şərtlər müzakirə olunub.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən Trend-ə verilən məlumata görə, bu məqsədlə Qazaxıstan Dəmir Yolları, Gürcüstan Dəmir Yolları , “Azərbaycan Dəmir Yolları” QSC, Aktau Beynəlxalq Dəniz Ticarət Limanı , “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri arasında görüş keçirilib.

Fevralın 27-28-də Qazaxıstanın Aktau şəhərində baş tutan görüşdə yükdaşımalar zamanı tərəflərin qarşılıqlı münasibəti və məsuliyyəti, daşımaların davamlılığının təmini zamanı ortaya çıxa biləcək maneələr və həlli yolları əsas müzakirə predmetləri olub.

İki günlük görüşün nəticəsi olaraq protokol imzalanıb. Protokolda tərəflərin məsuliyyəti, məlumat mübadiləsinin formaları və təmin edilməsi ilə bağlı mühüm məsələlər əksini tapıb. Tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşınan vaqonaların gəmilərin texniki xüsusiyyətlərinə uyğun olması barədə müştərilərin məlumatlandırılması haqqında üzərlərinə öhdəlik götürüblər. Sənəddə daşınan yüklərin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərin texniki vasitələrinə uyğunluğunun təmin edilməsi də yer alıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşınan yüklərdə aparıcı rol oynayır. Xəzər dənizində yeganə bərə operatoru olan Gəmiçiliyin donanmasında bu tip 13 gəmi mövcuddur.