XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2017 - 14:45

Növbəti ixrac missiyasıQazaxıstana olacaq

İqtisadiyyat Nazirliyi Qazaxıstanın Astana və Almatı şəhərlərinə ixrac missiyasını təşkil edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ixracatçılar ixrac missiyasında iştirak etmək üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İxrac missiyalarının tarixləri:

Qazaxıstanın Astana və Almatı şəhərlərinə: 23-26 aprel 2017-ci il

İxrac missiyasının əhatə etdiyi sektorlar:

Tikinti və abadlıq materiallarının istehsalı
Kimya sənayesi
Maşınqayırma
Kosmetika istehsalı
Meyvə-tərəvəz məhsulları
Spirtli və spirtsiz içkilər
Konservləşdirilmiş qida məhsulları
Çay məhsulları
Yüngül sənaye

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: [email protected] Əlaqə telefonu: +99412 5980147/48.

Müsabiqə İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 28 mart 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq. İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarını buradan yükləyə bilərsiz.

Seçim meyarları:

– ixracatçının məhsulları üzrə istehsal potensialı – 10 (on) bal,
– məhsulun hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal,
– sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci və 2016-cı illərdə ixrac etdiyi məhsullarının miqdarı göstərməklə – 5 (beş) bal).

Meyarların cəmi üzrə keçid balı minimum 20 (iyirmi) bal.

İxrac missiyalarında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

• ərizə (ərizə formasını yükləyin);
• sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.

Sənədlər aşağıdakı ünvan üzrə 17 mart 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.