XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

04 Mart 2017 - 15:18

BVF nümayəndə heyətinin Azərbaycanasəfəri başa çatdı

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd Əl-Qorçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ölkədə makroiqtisadi sabitliyin və dayanıqlı iqtisadi artımın bərpa edilməsi məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, eyni zamanda, BVF-nin Azərbaycan üzrə missiyası fiskal yığcamlaşdırma və pul-kredit siyasətinin sərtləşdirilməsi, habelə Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində həyata keçirilməkdə olan tədbirlərə dair ətraflı məlumatlandırılıb.

Büdcə-vergi sahəsində həyata keçirilən iqtisadi islahatların, eləcə də ölkənin bank sektorunun ən qısa zamanda sağlamlaşdırılmasına yönələn addımların vacibliyini vurğulayan Məhəmməd Əl-Qorçi BVF tərəfindən bu tədbirlərin təqdir olunduğunu bildirib.

Görüşdə, həmçinin BVF tərəfindən pul-məzənnə siyasətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Mərkəzi Bankına və ortamüddətli büdcə planlaşdırması və makro-fiskal çərçivənin formalaşdırılması üzrə Maliyyə Nazirliyinə texniki yardımın göstərilməsi ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər BVF ilə Azərbaycan hökuməti arasında BVF-nin Əsasnaməsinin IV Maddə üzrə məsləhətləşmələr missiyasının növbəti səfərinin cari ilin noyabr ayında həyata keçirilməsini razılaşdırıb.