XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2017 - 10:14

Ekspert:“Azərbaycan bu il neftdən 1,5 milyard dollar qazanacaq”

neft-daslari

“Neft Fonduna cari ilin 2 ayında AÇG-dən daxilolmalar ötən ilin müvafiq dövrü ili müqayisədə $203 milyon və ya 25,7% artıb. Daxilolmalara səbəb isə neft qiymətlərinin kifayət qədər artımıdır”.

Strateq.az bildirir ki, bunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban “musavat.com”-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə,  2016-cı ilin yanvarında BTC FOB Ceyhan markalı neftin orta satış qiyməti bir barel üçün $32,33, fevralda isə $33,43 təşkil etmişdisə, cari ilin müvafiq aylarında $55,14 və $56,63 olmuşdu. Artım müvafiq olaraq 70,5% və 69,4% təşkil etmişdi: “Bu isə o deməkdir ki, dövlətin gəlirləri kifayət qədərdir. Ötən il Azərbaycan AÇG-dən 1,5 milyard dollar sırf mənfəəti olmuşdu. Bu il ötən illə müqayisədə hasilat 1 milyon tona yaxın azalacaq, onun 800 min tonu AÇG-nin payına düşəcək. Ancaq qiymət artımı 20 faizdən artıq olacaq, Azərbaycanın 1,5 milyard dollardan da çox valyuta əldə edəcək. Bu isə ona imkan verir ki, hökumət manatın məzənnəsinə müdaxilə edə bilsin. Çünki bu ilin büdcəsi də ötən ilin büdcəsinə nisbətən daha qənaətlidir. Bu baxımdan hökumət heç bir gərginlik keçirmədən büdcəni icra edə biləcək”.

İ. Şabanın sözlərinə görə,  ötən il bank sektoru da möhkəm şok yaşadı, təlatümlər oldu: “Ancaq cari ildə bu cür hadisələr yaşanmayacaq. Çünki valyuta tənzimlənməsi buna təsir edəcək".