XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2017 - 15:33

Beynəlxalq Valyuta Fondunun Azərbaycana səfəri başa çatıb –Noyabrda yenidən gələcəklər

bvf-3

Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb. Fond ölkədə makroiqtisadi sabitliyi və maliyyə sabitliyini. iqtisadi və maliyyə böhranının mənfi nəticələrinin aradan qaldırılması üzrə hökumətin siyasətini və ehtiyaclarını öyrənib.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd Əl Qorçinin rəhbərlik etdiyi nümayəndə heyəti hökumət üzvləri, martın 3-də isə maliyyə naziri Samir Şərifovla görüşüb.

BVF nümayəndələrinə fiskal yığcamlaşdırma və pul-kredit siyasətinin sərtləşdirilməsi, habelə Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində həyata keçirilməkdə olan tədbirlərə dair ətraflı məlumat verilib, deyə Maliyyə Nazirliyinin mətbuat xidməti bildirir.

BVF nümayəndəsi büdcə-vergi sahəsində həyata keçirilən iqtisadi islahatların, eləcə də ölkənin bank sektorunun ən qısa zamanda sağlamlaşdırılmasına yönələn addımların vacibliyini vurğulayıb.

Tərəflər pul-məzənnə siyasətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Mərkəzi Bankına və ortamüddətli büdcə planlaşdırması və makro-fiskal çərçivənin formalaşdırılması üzrə Maliyyə Nazirliyinə texniki yardımıla bağlı əməkdaşlıq perspektivlərini müzakirə edib.       

BVF-nin məsləhətləşmələr missiyasının növbəti səfərinin bu ilin noyabr ayında həyata keçiriləcək.