Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Almaniyanın Frankfurt şəhərində yerləşən daşınmaz əmlak kompleksinə ilkin mərhələdə yatırdığı investisiyanın məbləği açıqlanıb.
"APA-Economics" Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir ki, ötən il ARDNF Frankfurtda yerləşən daşınmaz əmlak kompleksinə ilkin mərhələdə 10 mln. avro investisiya yatırıb.
Bu daşınmaz əmlak kompleksində ARDNF-in iştirak payı 41 mln. avro təşkil edir.