Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.
Strateq.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7431 manat səviyyəsində formalaşıb.
Bu gün dolların rəsmi məzənnəsi 1.7563 manat olub.
Bugünkü hərracda qeydə alınan nəticəyə əsaslanıb, demək olar ki, sabah dolların rəsmi məzənnəsi enəcək.