XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

10 Mart 2017 - 11:19

Nazir Fazil Məmmədov:“Nazirliyin strukturlarında köklü islahatlar aparılıb”

fazil memmedov

 

Vergilər Nazirliyi ölkədə biznes mühitinin yaxşılaşdırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində sahibkarlıq subyektləri ilə birlikdə şəffaf və tərəfdaşlıq münasibətləri qurub.

AZƏRTAC xəbər verir ki, bu sözləri martın 10-da Azərbaycanda Amerika Ticarət Palatasının və Vergilər Nazirliyinin birgə təşkil etdiyi "Şəffaflığa doğru birlikdə" mövzusunda keçirilən vergi konfransında vergilər naziri Fazil Məmmədov bildirib.

F.Məmmədov bildirib ki, nazirliyin strukturlarında köklü islahatlar aparılıb, Strateji Yol Xəritəsi ilə bağlı qurum qarşısında qoyulan vəzifələrin icrası istiqamətində tədbirlər planı hazırlanır.

Nazir, həmçinin qeyd edib ki, yeni vergi sisteminin inzibatçılığı əsasən fərdi yanaşma və vergi partnyorluğu prinsiplərinə, bu münasibətlərin daha da dərinləşdirilməsi və müasir, innovativ xidmətlərin təqdim edilməsinə söykənir.