XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

10 Mart 2017 - 17:07

Azərbaycan Dünya Ticarət Təşkilatı ilə saziş imzalamağa hazırlaşır –Nazirdən açıqlama

fazil memmedov

Azərbaycan bir çox beynəlxalq qanunlara və konvensiyalara qoşulub. Eyni zamanda, bəzi təşkilatlarla, o cümlədən Dünya Ticarət Təşkilatı ilə müvafiq saziş imzalamağa hazırlaşır.

Bu sözləri martın 10-da Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi "Şəffaflığa doğru birlikdə" mövzusunda keçirilən konfransda vergilər naziri Fazil Məmmədov deyib.

Nazir qeyd edib ki, Dünya Ticarət Təşkilatının tələbinə görə, idxal olunan məhsullarla yerli məhsullar arasında vergi dərəcələrinin fərqli olması, yəni, dempinqin tətbiqi düzgün deyil. Çünki bazar hamı üçün birdir.

F.Məmmədov elektron ticarətə vergi tətbiq edilməsinin də zəruri olduğunu söyləyib. O bildirib ki, idxal bir yolla olmalıdır. Amma artıq elektron ticarət adi idxalı üstələyir. Ona görə də elektron ticarət nəzarətə götürülməli və bazarda tam rəqabət yaradılmalıdır. Odur ki, bu sahəyə verginin tətbiqi qanunauyğundur. /Azərtac