XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

11 Mart 2017 - 01:26

Gürcüstanda təbii qazın tarifinə yenidən baxılır –Açıqlama

qaz

Gürcüstanın Enerji üzrə Milli Komissiyası  "SOCAR Georgia QAS" və "KazTransQas" və digər qazpaylayıcı  şirkətlərin mövcud təbii qaz tarifinin yenidən baxılmasına başlayıb.

Bu barədə komissiyanın nümayəndəsi Qoça Şoniya məlumat verib.

Onun sözlərinə görə,  ilk mərhələdə yalnız "SOCAR Georgia QAS" tarifin baxılması üçün sənədlər təqdim edib və sonra digər qazpaylayıcı şirkətlər də komissiyanın işinə qatılıb.

"Bizə müvafiq sənədlər təqdim edilib.  Komissiya üzvləri hazırda sənədləri nəzərdən keçirir. Müsbət rəy verildiyi halda biz təbii qazın tarifinə yenidən baxılmasına başlayacaq və iyulun 28-də qərar verəcəyik”, – deyə Q. Şoniya bildirib.

Komissiya nümayəndəsi əhali üçün qazın qiymətinə ətraflı baxılacağını da qeyd edib.

APA