XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2017 - 12:53

Əmanət və depozitlər üzrə faiz dərəcələrikəskin azalıb

merkezi bank

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının depozit və əmanətlər üzrə orta faiz dərəcəsi yanvar ayında kəskin azalma göstərib. 

"Report" Mərkəzi Bankın hesabatına əsasən xəbər verir ki, ötən dövrdə manat ekvivalentində əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 2016-cı il dekabr ayı ilə müqayisədə 0,31 bənd azalaraq 6,19% təşkil edib. Xarici valyutada əmanət və depozitlər üzrə noyabr ayında orta faiz dərəcəsi isə 0,26 bənd azalaraq 4,40%-ə çatıb.

Kommerisya bankları tərəfindən yanvar ayında verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq 12,28% və 8,90% təşkil edib. Xatırladaq ki, yanvar ayının 1-nə bu göstərici manatda 12,05%, xarici valyutada isə 8,60% olub.