XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2017 - 19:04

“CNBC”:"Neftin qiyməti bu ilin sonunadək 60 dollar/barrelədək bahalaşacaq"

Neftin bir barrelinin qiyməti bu ilin sonunadək 60 dollaradək bahalaşacaq.

Azərtac “CNBC”yə istinadla xəbər verir ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələr neft hasilatının azaldılmasını nəzərdə tutan sazişin müddətini uzadarlarsa xam neftin bir barrelinin qiyməti bu ilin sonuna qədər 60 dollara yüksələcək.

“Energy Aspects” analitiki Riçard Mallinson isə deyib ki, son günlərdə “Layt” markalı neftin bir barrelinin qiymətinin ucuzlaşmasına baxmayaraq qiymətlərdə yenidən tarazlıq olacaq. Bu ucuzlaşma neftin qiymətindəki əsas balansı pozmayıb.