XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

11 Mart 2017 - 19:37

Banklara yanvar ayında daha çoxrubl təklif olunub

Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində yanvar ayında kommersiya banklarına xalis rubl satışı 650 395,9 min təşkil edib.

"Report" Mərkəzi Bankın hesabatına əsasən xəbər verir ki, əhali 2016-cı ilin yekununda kommersiya banklarına 9 165 187,2 min rubl xalis satış həyata keçirib.

Dekabr ayında əhali 639 917 min rubl xalis satış həyata keçirib. Bununla da yanvar ayında əhalinin kommersiya banklarına xalis rubl satışı dekabr ayı ilə müqayisədə 10478,9,7 min və ya 1,6% artıb.

Keçən ilin yanvar ayında kommersiya banklarının əhalidən xalis rubl alışı isə 393 056,4 min təşkil edib. Beləliklə, 2017-cı ilin yanvar ayında bankların əhalidən xalis rubl alışı illik müqayisədə 257 339,5 min və ya 65,5% artıb.