XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

31 Mart 2015 - 06:08

40-dan çox ölkə Asiya Bankına ərizə verib

Yaponiya hələlik çində yaradılan banka daxil olmaq istəmir

Картинки по запросу азиатский банк в китае

40-dan çox ölkə təsisçi-ölkə hüququnda Asiya Bankına daxil olmaq üçün ərizə verib.

Strateq.az Rusiya KİV-ə əsasən xəbər verir ki, ərizələrin qəbulu bu gün başa çatır. Böyük İyirmiliyin (G20) əksər ölkələri, həmçinin BVF-nun versiyasına görə, dünyanın 20 ən böyük iqtisadiyyatına malik olan Almaniya, Fransa, Böyük Britaniya, Braziliya, Türkiyə, Rusiya, Avstraliya, Koreya Respublikası, İtaliya, Hindistan, İndoneziya, Səudiyyə Ərəbistanı və İsveçrə Asiya Bankına daxil olmaq arzularını ifadə edib.

Yaponiya hökuməti hələlik çində yaradılan banka daxil olmaq istəmir: “Qatılmaq məsələsində son dərəcə ehtiyatlı olmaqdan başqa çıxış yolumuz yoxdur”.

Ekspertlər Asiya Bankını ABŞ-da yerləşmiş Beynəlxalq Valyuta Fondu (BVF) və ümumdünya Bankının (üDB) potensial rəqibi kimi nəzərdən keçirirlər.