XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

14 Mart 2017 - 17:54

Maliyyə Nazirliyində 25 milyonluq hərrac –Açıqlama

maliyye nazir

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104004541 ISIN kodlu, 364 gün tədavül müddətli, 25 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Strateq.az-a verilən məlumata görə, hərrac zamanı 9 investor tərəfindən 24 sifariş təqdim olunub. 

Sifarişlərin nominal üzrə ümumi məbləği 56,398,800.00 manat təşkil edib. 

Sifarişlər 82.0483 manat (21.9999 faiz) və 87.3666 manat (14.5398 faiz) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 84.8167 manat (17.9999 faiz) orta ölçülmüş qiyməti 86.0084 manat (16.3573 faiz) olub.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar martın 15-də həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 25 milyon manat təşkil edib. İstiqrazlar 2018-ci il martın 13-də ödəniləcək.