XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

14 Mart 2017 - 18:30

OPEC:"Keçən ay qlobal neft təklifi gündəlik 210 min barrel azalıb"

neft-qaz-1

Bu ilin fevralında qlobal neft təklifi yanvar ayı ilə müqayisədə gündəlik 210 min barrel azalaraq 95 milyon 880 min barrelə enib.

Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.

Hesabata görə, cari ilin fevralında qlobal neft təklifi 2016-cı ilin eyni ayı ilə müqayisədə dəyişməyib. Qeyri-OPEC ölkələrinin builki neft təklifi isə ötən illə müqayisədə sutkada 400 min barrel artaraq 57 milyon 740 min barrel olacaq.

Bu il qlobal neft tələbatı keçən illə müqayisədə 1 milyon 260 min barrel artaraq sutkada 96 milyon 310 min barrelə çatacaq.

Dünya üzrə qazma quyularının sayı fevralda 2 min 107 olub. Bu quyuların 554-ü OPEC-ə üzv olan ölkələrdədir.

Azərtac