XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2017 - 12:19

Nazir müavini:“Bəziləri yazır ki, guya ticarət yoxdur, gedin supermarketlərə baxın, adamla doludur"

sahib elekberov

Vergilər nazirinin müavini Sahib Ələkbərov Azərbaycanda alış-veriş və ticarətin zəifləməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

“Ölkə.zz”-ın məlumatına görə, S.Ələkbərov “Four seasons” otelində Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı yayılan bu cür məlumatların doğru olmadığını söyləyib:

“Bəziləri yazır ki, guya dövriyyə, ticarət, alış-veriş yoxdur və sairə. Amma bu, doğru deyil. İnanmırsınızsa, axşamlar alış-veriş mərkəzlərinə gedin, hər şeyi özünüz görəcəksiniz. Alış-veriş mərkəzləri adamlarla dolu olur”.