XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

18 Mart 2017 - 11:58

Bank və kredit təşkilatlarının kredit portfeli16705,2 milyon manat təşkil edib

Mərkəzi Bankın məlumatına görə, fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz azalaraq milli valyuta ekvivalentində 16705,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, ümumi kredit portfelinin 13121,6 milyon manatı və ya 78,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 34,5 faizi dövlət, 62,8 faizi qeyri-dövlət bankları, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,8 faizini təşkil edib.