XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

18 Mart 2017 - 18:46

Azərbaycana avtomobil idxalı22% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 1 003 ədəd avtomobil idxal olunub. 

"Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 182 ədəd yaxud 22,17% çoxdur.

Hesabat dövründə ölkəyə gətirilmiş avtomobillərin 852-si və yaxud 85%-ni əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Son bir ildə bu növ avtomobillərin idxalı 115 ədəd yaxud 15,6% artıb.

Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4 ədəd və yaxud 44,4% azalaraq 5-ə düşüb, yük avtomobillərinin idxalı isə 72 ədəd və yaxud 2,1 dəfə artaraq 139-a çatıb. 

Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalında isə azalma olub və bu rəqəm ötən ilin yanvar-fevralı ilə müqayisədə 1 ədəd və yaxud 12,5% azalaraq 7 olub.