XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

20 Mart 2017 - 17:31

Avropa Valyuta Fondu yaradıla bilər

avropa

Avroqrupun sədri Yerun Deysselblum Avropa valyuta fondunun yaradılmasını məqsədəuyğun hesab edir.

Bu barədə o, "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu institut Avropa Stabilləşmə Mexanizminin bazasında yaradıla bilər.

"Düşünürəm ki, Avropa Stabilləşmə Mexanizminin ortamüddətli yaxud uzunmüddətli perpektivdə Beynəlxalq Valyuta Fondunun Avropa analoquna çevrilməsi məntiqlidir", – deyə Avroqrupun rəhbəri əlavə edib.

Y.Deysselblum bildirib ki, bu mexanizm gələcəkdə Avropa ölkələrinə maliyyə dəstəyi proqramında mühüm rol oynaya bilər. Sədr hesab edir ki, Avropa valyuta fondunun maliyyə dəstəyi proqramlarının icrasına da nəzarət həyata keçirməsi mümkündür. Hazırda bununla "bu işdə özünü elə də rahat hiss etməyən" Avropa Mərkəzi Bankı məşğuldur. /Virtualaz.org