XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

22 Mart 2017 - 22:06

Yanvar-fevral aylarında əhaliyə 1215,6 milyon manatödənişli xidmətlər göstərilib

Yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,6 faiz azalaraq, 1215,6 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 891,3 milyon manatlıq xidmət göstərilib. Bu da ümumi xidmətlərin 73,3 faizini təşkil edir.

Cari ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 125,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 6,0 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.