XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

23 Mart 2017 - 11:10

Türkiyədə çörək bişirmək üçün istifadə edilən qatqı maddələrində GMO aşkar edilib

corek

Çörək bişirilən zaman istifadə edilən qatqı maddələrinin tərkibində genetik modifikasiya olunmuş (GMO) məhsullar mövcuddur.

“Marja” xəbər verir ki, Türkiyədə çörək istehsalında istifadə edilən qatqı maddələrinin tərkibində GMO olması gündəmdədir. Qida mühəndisiləri  çörək istehsalında  GMO-lu qatqı maddələrindən istifadə edildiyini  iddia ediblər. İddianın həqiqət olub-olmadığını öyrənmək üçün qatqı maddəsi laboratoriyaya göndərilib.

2 gün davam edən test prosesinin ardından qida mühəndislərinin iddiaları təsdiqlənib. Test mərkəzindən verilən rəyə görə, çörək istehsalında istifadə edilən qatqı maddələrinin tərkibində  GMO maddə var:"Aparılan analiz nəticəsində qatqı maddələrində GMO (35S,NOS,FMV) müəyyən edilmişdir".

Unda və ya çörəkdə qatqı maddələri aşağıdakı məqsədlər üçün istifadə edilir:

 -Qida dəyərini artırmaq,

 -Çörəyin rəf ömrünü uzatmaq,

 -Çörəyn həcmini artırmaq, quruluş yaratmaq

 -Dad və ətir təmin etmək,

 -Zərərli mikroorqanizm inkişafını qarşısını almaq,

-Rəng və cazibə artırmaq məqsədi ilə.

 

Bəzən çörək bişirilərkən soya unu da istifadə edilir:

 -Xəmir və çörəyin rəngi ağarır,

– Xəmirin müqaviməti artır,

– Unun su saxlama qabiliyyəti artır,

– Çörək həcmi ilə qidalanma dəyəri artır.

Qeyd edək ki, soyaların böyük bir hissəsi  genetik modifikasiya olunub. (GMO)