“çin heç bir əlavə yatırım qoymadan, Avropanın aktivlərini alır”
“Atlantico” dərgisinin çinin dünyaboyu iqtisadi ekspansiyası barədə suallarını Avropanın məşhur iqtisadçı eksperti Antuan Brüne cavablandırır.
“PSA”, “IBM”, “Club Méditerranée”, Tuluza aeroprtu, indi isə hələ “Pirelli”. Bəs hansısa çin Şirkətinin ağlına gəlsə, “Michelin”-i əldə etsin, məgər kimsə ona mane olacaq? Avropa hökumətləri özlərini ələ almasa, bu, tamamilə baş tuta bilər.
“Atlantico”: İtaliyanın əfsanəvi şin istehsalçısı “Pirelli” çin müəssisəsinin əlinə keçib. “China National Tire & Rubber” şirkətin səhmlərinin 26,2%-ni alıb və onun qalan sərbəst səhmələrini də almaq niyyətinə düşüb. Bir neçə gün əvvəl məlum olub ki, çin şirkətlər qrupu Berlində 1,5 milyard avroya 18 binalıq kompleksi alıb. Hər necə olur-olsun, bu sövdələşmələr (bu isə birinci və dəqiq sonuncusu deyil) Avropada çox da diqqəti cəlb etmədi. Bu laqeydlik nə ilə bağlıdır?
Antuan Brüne: – Bu laqeydlik başlıca olaraq Qərb ölkələrinin hökumətlərinə aiddir. Olsun İtaliya, ya Fransa, ya Böyük Britaniya, Almaniya və yaxud Amerika… Bu, siyasi çalarından asılı olmayaraq, bütün hökumətlərə aiddir. çin son iyirmi ildə bir çox yönlərdə uğurla həmlə edir. Onun məqsədi Qərb ölkələrində sabitliyi pozmaq və tədricən dünya hegemonluğunu ABŞ-ın əlindən almaqdır. Mən bu strategiya barədə hələ 2011-ci ildə “çinin hegemoniya planları” kitabımda yazmışam. çin bütün cəbhələrdə uğur qazandıqca (sənayedə, ticarətdə, iqtisadiyyatda, maliyyədə, beynəlxalq institutlarda, valyutada, diplomatiyada, kiberaləmdə…) Qərb ölkələrini altdan-altdan zəiflədir və ABŞ-ın hegemoniyasını ələ almaqda təhdid edir. Məntiqlə baxanda, Qərb hökumətlərinin mövqeyinin sərtləşməsini gözləmək lazım idi. Onların Pekini qətiyyətli və inadcıl rəqib kimi görməyinə dəyərdi. Hansı ki, konkret olaraq belədir ki, var. Məgər rəqibi olduğu kimi qəbul etməsən, onunla mübarizə aparmaq olarmı?
– Belə davranış nə ilə bağlıdır?
– Mən iki səbəb gətirə bilərəm. Birinci səbəb bundan ibarətdir ki, bütün Qərb ölkələrində iri şirkətlər çinin xeyrinə daim lobbiləşmə aparır. Onların qazancının önəmli hissəsini çində istehsal olunmuş məhsulun idxalındakı böyük fərq və çin daxilindəki bazarda satışın dinamikası verir. Belə durumda bu dövlətin onların ölkələri ilə münasibətlərinin pisləşməsi gəlirlərinə, birja kurslarına və menecerlərin bonuslarına ciddi şəkildə təsir edə bilər. Buna görə də öz ölkələrinin Pekinlə münaqişəsindən hər cür yayınmağa çalışırlar. Belə çıxır ki, Pekin transmilli şirkətlərin, Qərb dövlətlərinin və əhalinin maraqlarını uyğunlaşdıra bilib. Pekin bu şirkətləri özünə elə tərzdə xidmətə gətirir ki, Qərb hökumətləri onun strategiyasına reaksiya verməsin – hərçənd onların özülünü getdikcə daha çox qazıyır.
İkinci səbəb: çin ABŞ-ın hər bir müttəfiq dövlətinə təsir rıçaqı seçməyə cəhd edir. Pekin Londonla müqavilə bağlayıb və ona vəd edib ki, yuan Vaşinqtonla dolları sıxışdıran kimi, London dünyanın maliyyə paytaxtı olacaq. Əvəzində Londonun dəstəyinə nail olub və bu dəstək Vaşinqtondan daha çox Pekinin xeyrinədir. Pekinin Seul və Berlinlə müqaviləsi öz növbəsində Koreya və Almaniya müəssisələrinin çin bazarına imtiyazlı çıxışını nəzərdə tutur – Güney Koreya və Almaniyanın Amerikanın diplomatik kursundan çəkilməsi müqabilində. Nəhayət, Paris və Roma çindən daha çox borc götürür ki, bu da onların suverenliyini sarsıdır və Pekinlə kollaborasionizmə (işğal olunmuş ölkə sakinlərinin işğalçı ilə əməkdaşlığı – red.) aparır…
– “Pirelli”nin alınması hansı strategiyanın tərkib hissəsidir? Pekinin rəsmi kursu hansıdır?
– Si Szinpin 2012-ci ildə hakimiyyətə gələndən sonra bildirdi ki, çin xarici ticarətdən gələn gəlirin dövlət kağızlarına sərf edilməsini dayandıracaq və ən müxtəlif xarici aktivləri almağa başlayacaq.
Si Szinpin sözünün üstündə durdu. çinin malik olduğu dövlət kağızları artmağa başlamadı, əksinə, hətta azaldı. Hazırda çinin Avropa borcları ilə ilgilənməyə heç niyyəti də yoxdur… Eyni zamanda çinin dövlət strukturları və müəssisələri hər cür aktivlərin alışını genişləndirdi: infrastruktura (Tuluza aeroportu və Pirey limanı), aqrosənaye kompleksi (Bordo üzümlükləri, Gevrey-Chambertin…), avtosənaye (“Volvo”, “PSA” və “Pirelli”), yüksək texnologiyalar (“Lenovo”nun, “İBM” və “Motorolla” hissələrinin alınması), təmtəraq sənayesi (Ferragamo-da 10%), Club Méditerranée-nin alınması…
Bununla bağlı bir dəqiqləşmə aparmalıyıq: hazırda çoxları çin “yatırımları”nın Avropaya axınını alqışlayır. Lakin bu, faktın yolverilməz şəkildə təhrifidir. Əslində, söhbət çinin Avropaya heç bir əlavə yatırım qoymadan Avropanın aktivlərini almasından gedir. 1980-ci illərdə çinlilər tərəfdən “Toyota”ya yatırıma bənzər heç nə görmədik. İtaliya və Fransa çinlə xarici ticarətdə böyük kəsir ucbatından öz sərvətlərini özləri dağıdır. Onların qarşılıqlı şəkildə əvəz olunan iki variant arasında seçimləri var: ya daha çox borc götürürlər (xüsusən də elə həmin çindən), ya da aktivlərlə vidalaşırlar (bu aktivlər əksər hallarda çinə qismət olur)…
– çinin strateji aktivləri əldə etməyinin arxasında nələr durur?
– çin rəsmən hələ 2012-ci ildən dövlət kağızlarına deyil, real aktivlərə üstünlük verir. Lakin əslində, onun strategiyası daha uzağa gedir. Onun üçün başlıca məqsəd dünya istehsal sahəsində özünün üstün durumunu daha da möhkəmləndirmək və suveren dövlətləri öz iradəsinə tabe etməkdir. İstehsal sahəsində hökmranlığa gəlincə, çin bütün dünyada yerüstü, dəniz və hava nəqliyyatını öz əlinə almağa çalışır ki, dünyanın mal axınının üzərində nəzarəti gücləndirsin. Bundan başqa, çin fasiləsiz ərzaq daxilolmasını təmin etməlidir. çünki öz suyunun və kənd təsərrüfatı torpaqlarının keyfiyyətini çox güclü şəkildə və uzun müddətə korlayıb. Strategiya sonra öz sahəsində hegemonluq edə biləcək böyük çin şirkətlərinin yaradılmasını nəzərdə tutur. 1920-1970-ci illərdə Amerikada olduğu kimi. çin “Volvo” və “PSA”nın texnoloji bazasına söykənməklə “Toyota” və “Volkswagen”i sıxışdırmaq gücündə olan müəssisə formalaşdıra bilər. “Pirelli”nin texnologiyaları “Michelin” və “Bridgestone”u ötməkdə çinə kömək olar. Lenovo kompüter sahəsində əsil dünya nəhəngi
olub, “Huawei” isə artıq Amerika rəqibləri ilə bərabər şəkildə rəqabət aprır. çin dünya sənaye istehsalının böyük hissəsinin öz ərazisində cəmləşməsi ilə daha razılaşmır. 2012-ci ildən onun planları dəyişilib: istəyir ki, ona məxsus şirkətlər (təkcə çin ərazisində olanlar yox) dünya istehsalının xeyli hissəsini mənimsəsin.
İndi də bir neçə kəlmə suveren dövlətlərin tabe etdirilməsi barədə. çin hansısa bir ölkənin aktivlərinin böyük hisəsini əldə edəndə onu gələcəkdən məhrum edir və geriləməyə doğru itələyir. O, hazırda ağır dövrünü yaşayan Venesuela, Nikaraqua, Kuba, Argentina, Yunanıstan kimi dövlətlərin yan-yörəsində fəal şəkildə fırlanır… Onlar uçurumun kənarındadır və aktivlərsiz qalıblar. Buna görə də onlara yalnız hansısa böyük bir dövlətin – çinin, Rusiyanın, ABŞ-ın xeyrinə öz suverenliklərindən imtina etmək qalır… Bir halda ki, çinin kisəsi hamınınkından böyükdür, onları öz geopolitik orbitinə cəlb etməsi çox asan olacaq. Məgər İtaliyanın keçmiş baş naziri Romano Prodi demirdi ki, İtaliyanın sənaye siyasətini hazırda Pekin müəyyən edir? Məgər bu, çinə tabe olmağın əlaməti deyil?
Qaynaq: inosmi.ru