XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 11:38

Əsas kapitalın 89,2 faizi məhsul istehsalı obyektlərinininşasına sərf olunub

2017-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 93,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, istifadə olunmuş vəsaitin 1 milyard 868,3 milyon manatı və ya 89,2 faizi məhsul istehsalı obyektlərinin, 169,3 milyon manatı (8,1 faizi) xidmət sahələri üzrə obyektlərin, 56,1 milyon manatı (2,7 faizi) isə ümumi sahəsi 209,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Ümumi sərmayənin 25,4 faizi dövlət, 74,6 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.