XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Mart 2017 - 11:46

Əhalinin banklardakı əmanətlərinin 81,2 faizixarici valyutada qoyulub

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, fevralın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalaraq 7747,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, əmanətlərin 81,2 faizi xarici, 18,8 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 76 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib.

Fevral ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,79 (ilin əvvəlindən 1,80) manata, 1 avroya 1,90 manata (1,92), 100 rus rubluna 3,06 manata (3,04) bərabər olub.