XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

27 Mart 2017 - 20:05

Azərbaycanın MDB ölkələrinə ixracı nə qədər artıb? –RƏQƏMLƏR

 

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın MDB ölkələrinə ixracı 2016-cı ilin ilk iki ayı ilə müqayisədə 7,1 faiz artıb.

Novator.az ayrı-ayrı ölkələr üzrə göstəricilərə də nəzər salıb.

Rəsmi hesabata görə, Ukraynaya ixrac 25,94 dəfə, Qazaxıstana ixrac 24,94 faiz, Rusiyaya ixrac 61,65 faiz, Özbəkistana ixrac 305,3 faiz çoxalıb.

Bəzi ölkələrə ixracda isə düşmə var. Türkmənistana ixrac 88,96 faiz, Tacikistana ixrac 51,24 faiz, Moldovaya ixrac 73,87 faiz, Belarusa ixrac 12,39 faiz azalıb.

Avropa İttifaqı ölkələrinə ixracda 22,29 faiz artım qeydə alınıb. Belçikaya ixrac 600,3 faiz, Danimarkaya ixrac 15,78 dəfə, Estoniyaya ixrac 24,68 faiz, Finlandiyaya ixrac 37,77 faiz, İspaniyaya ixrac 1437 dəfə, İtaliyaya ixrac 54,97 faiz, Yunanıstana ixrac 171,08 dəfə artıb.

Bəzi ölkələr üzrə isə azalma var. Məsələn, Fransaya ixrac 2016-cı ilin ilk iki ayı ilə müqayisədə 42,14 faiz düşüb.

Digər ölkələrə ixracda 67,98 faiz artım olub.

Qonşu Gürcüstana ixrac ötən ilin ilk iki ayına nisbətdə 31,63 faiz çoxalıb.

Avstraliyaya ixrac 446,08 faiz artıb. Çinə ixracın 18,78 dəfə, Hindistana ixracın 161,47 dəfə artdığı bildirilir.

ABŞ üzrə isə kəskin azalma var. Bu ölkəyə ixrac ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 99,43 faiz azalıb.