XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Mart 2017 - 11:02

“Lukoil” yanacaqdoldurma məntəqələrini satır –Vahid Ələkbərov səbəbi açıqladı

"Lukoil" şirkəti Rusiyadakı yanacaqdoldurma məntəqələrinin (YDM) 30%-ini satışa çıxarmağı nəzərdən keçirir.

RBK xəbər verir ki, buna səbəb biznesin rentabelliyinin düşməsidir. Burada söhbət Rusiyanın mərkəzi hissəsindəki 700 yanacaqdoldurma məntəqəsindən gedir.

Hazırda "Lukoil" Rusiyada 2 544 ədəd YDM-ə sahibdir ki, bu da ölkədə mövcud olan ümumi məntəqələrin sayının 21%-inə bərabərdir. Şirkət ölkənin 7 regionunda mövcud olan YDM biznesindən imtina etmək niyyətindədir.

Bu biznesi qeyri-rentabelli edən isə vergi yükünün artması və gəlirliyin azalmasıdır.

Şirkətdən bildirilib ki, hələlik heç bir alıcı "Lukoil"ə müraciət etməyib.

Maraqlıdır ki, "Lukoil" Türkiyədə YDM şəbəkəsini genişləndirmək niyyətindədir. Şirkətin prezidenti Vahid Ələkbərov RBK-ya bildirib ki, hazırda "Lukoil"in Türkiyədə 600 YDM-i var və şirkətin bazar payı 5% təşkil edir. Bununla yanaşı, şirkət Belçika və Hollandiyada YDM-lərinin sayını artırıb. /APA