XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 15:10

Azərbaycanın MDB ilə ticarət dövriyyəsinin mənfi saldosu2 dəfədən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 369 050,12 min ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 108 378,43 min dollar və ya 41,6% çoxdur.

"Report" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabata əsasən, bu müddətdə həmin ölkələrə ixrac 7,01% artaraq 97 465,64 min dollar, Azərbaycana idxal isə 60,14% artaraq 271 584,48 min dollara çatıb.

Beləliklə, Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin mənfi saldosu 96 615,35 min dollar və ya 2,2 dəfə artaraq 174 118,84 min dollara enib.
Qeyd edək ki, ölkə üzrə cəmi ixracın 5,89%-i, idxalın isə 27,94%-i məhz MDB ölkələri ilə həyata keçirilən əməliyyatların payına düşüb.