“Hazırda bank rəhbərləri ilə bank-müştəri probleminin məhkəmədən kənar həlli mexanizmi yollarının tapılması istiqamətində müzakirələr gedir”.
Bunu Maliyyə Bazarların Nəzarət Palatasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, banklarla müştərilər arasında problemlərin məhkəməyə getmədən həlli yollları ilə bağlı beynəlxalq təcrübə var: “Bu təcrübə keçən əsrin 70-ci illərində ilk dəfə Londnda istifadə olunub. Bundan daha sonra Cənub-Şərqi Asiyada və daha sonra Türkiyədə istifadə olunub. Odur ki, bunlar “London yanaşması”, “İstanbul prosesi” adını alıb. Biz də istəyirik ki, Azərbaycanda da belə bir yanaşma metodu olsun. Ona görə də bankirlərlə söhbət aparırıq ki, bəlkə biz də bir yeni “Bakı yanaşma”sı müəyyənləşdirək. Hansı ki, bu yanaşma nəticəsində bank-müştəri arasındakı problem məhkəmədən kənar həllini tapsın”– deyə, R. Aslanlı vurğulayıb.
Palata sədri əlavə edib ki, o, hər ay bank rəhbərləri ilə hər ay qapalı görüş keçirir. /Gununsesi.info