XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

01 Aprel 2017 - 14:41

Cavid Qurbanov:"Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə işlər sentyabrın əvvəlində yekunlaşa bilər"

Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə işlər bu il avqustun sonu, sentyabrın əvvəlində yekunlaşa bilər.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə bildirib.
"Bu il qış çox sərt keçib. Qarsda 47-54 dərəcə şaxta olub. Ona görə də işlər bir qədər gecikib. Dəmiryolu xəttinin Qars hissəsində 80 km yol var, onun da 27 km-nin üst yatağı düzülüb", – deyə o qeyd edib.

C.Qurbanov mayın əvvəlində Qarsa səfər edəcəyini, Türkiyənin nəqliyyat naziri və Türkiyə Dövlət Dəmir Yyollarının rəhbəri ilə görüşəcəyini söyləyib.
"Düşünürəm ki, bu il avqustun sonu, sentyabrın əvvəlində Qars yolunu aşa bilərik. Azərbaycan və Gürcüstan tərəfində demək olar ki, işlər yekunlaşıb, böyük çətinliyimiz qalmayıb. Təxminən 10-15% işlər qalıb. Türkiyə tərəfində isə tikinti işləri qalıb. Amma Türkiyənin tikinti aparmaq gücünə bələd olduğumuz və Türkiyə baş nazirinin, eləcə də digər müvafiq nazirlərinin verdiyi bəyanatlara əsasən demək olar işləri tez qurtarmağa çalışacaqlar", – deyə Cəmiyyət sədri vurğulayıb.

C.Qurbanov əlavə edib ki, dəmiryolu xəttinin 100 km-ə yaxını dizellə daşına bilər.