XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 05:11

TANAP Avropanı Rusiya asılılığından qurtaracaq

Amerika: “Layihənin başa çatması üçün bütün səylər göstəriləcək”

Картинки по запросу tanap layihesi

ölkələrin enerji təchizatının bir ölkədən asılı olması və bundan siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi pisdir.

Straterq.az “Huriyyet” qəzetinə əsasən bildirir ki, ABŞ dövlət katibinin energetik diplomatiya üzrə müavini Amos Xoçşteyn bu qəzetə verdiyi müsahibədə deyib: “Bunun önlənməsi üçün enerji təchizatı müxtəlif istiqamətli olmalıdır. Transanadolu qaz kəməri (TANAP) bu mühüm şərti yerinə yetirən layihədir. Təbii qaz yeni təchizatçılar tərəfindən və yeni yolla çatdırılır”.

O, qeyd edib ki, TANAP enerji qaynaqlarının müxtəlif istiqamətlərə yönəlməsinin yaxşı nümunəsidir.

Xoçşteyn deyib: “Qaz kəmərinin keçdiyi marşrut çox önəmlidir. Layihə Ukrayna və ya Rusiyadan deyil, Türkiyədən keçir. Kəmər İtaliyaya daxil olandan sonra Yunanıstandan Bolqarıstana yeni qaz kəməri çəkə bilərik. Kəmər oradan isə Serbiya, Rumıniya və Macarıstana birləşə bilər”.

Xoçşteynin sözlərinə görə, “TANAP Azərbaycan, Türkiyə və Gürcüstan hökumətlərinin öhdəliyə götürdüyü layihədir. Bu səbəbdən hazırda hamının diqqət mərkəzindədir. Onun başa çatması üçün bütün səylər göstəriləcək. Bu, Türkiyə və Avropa üçün ən yaxşı variantdır”.