XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

03 Aprel 2017 - 10:48

Azərbaycan vətəndaşları xaricə şəxsi səfərlərə 2 milyard dollar  sərf edib

2016-cı ilin yanvar-dekabr aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 6% artaraq 5.2 mlrd. dollardan çox olub.

“Marja” xəbər verir ki, bu barədə 2016-cı ilin yanvar-dekabr ayları üçün Azərbaycan Respublikasının tədiyyə balansında bildirilir.

“Beləliklə, ötən ilin müvafiq dövründə turizm xidmətləri üzrə yaranmış 294 mln. dollarlıq kəsir 2016-cı ilin yekunu üzrə 219 mln. dollarlıq profisitlə əvəzlənib. Öz növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 2 mlrd.494.4 mln. dollar məbləğində olub. Bunun 72.9%-i və ya 1 mlrd 820 mln dolları Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür”,- balansda bildirilir.