XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2017 - 11:48

TANAP üzrə işlər vaxtından əvvəl başa çata bilər

 

Transanadolu boru kəməri (TANAP) layihəsi üzrə işlər vaxtından əvvəl başa çata bilər.

Trend-in məlumatına görə, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

S.Düzyol qeyd edib ki, layihə üzrə proqnozlaşdırılan xərclər hazırda 3,2 milyard dollar azalıb:

"Artıq TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Eskişehirədək olan hissəsində tikinti işlərinin 77 faizi yekunlaşıb. Biz boru kəmərinin 2017-ci ilin sonunadək istismara verilməsinə çalışırıq. Növbəti altı ay ərzində isə boru kəmərinin istifadəyə verilməsi işləri çərçivəsində bir çox sınaqlar keçirməyi planlaşdırırıq. Biz TANAP üzrə ilk qazı 2018-ci il iyunun sonuna çatdırmağı nəzərdə tuturuq".

Baş direktor bildirib ki, TANAP, eləcə də Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi üzrə işlər qrafikə uyğun aparılır:

"Biz 2019-cu ilin ortalarına Avropaya qaz tədarükünü təmin edə biləcəyik".