XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Aprel 2017 - 11:10

“Mənzil bazarındakı vəziyyət manatdan aslıdır” –İqtisadçıdan proqnoz

İqtisadçı ekspert Vüqar Bayramov yaxın günlərdə mənzil bazarında qiymətlərin dəyişəcəyini açıqlayıb.

Strateq.az xəbər verir ki, ekspert dəyişikliyin birbaşa manatın bazar dəyərinin formalmasından asılı olacağını bildirib: 

"Bir tərəfdən, mənzil almaq istəyən və sayı az olmayan vətəndaşlarımız öz vəsaitlərini xarici valyutaya çevirərək daha uyğun məzənnə ilə pulu milliləşdirib, ev almağı düşünürdülər, digər tərəfdən isə manat stabillik əldə edə bilərsə, bu sektorda yığım-yatırımların həcmini artıra bilər. 

Manatın stabilliyinə nail olmaq mümkün olsa da, pulunu xarici valyuta ilə saxlayan vətəndaşlarımızın əhəmiyyətli hissəsi vəsaiti daşınmaz əmlakda saxlamaq qərarı verə bilərlər. Bu da bazardakı durğunluğun aradan qalxmasına səbəb ola bilər. Eyni zamanda, bəzi mənzil sahibləri əvvəlki dövrlərdə evlərini daha tez satıb pulunu xarici valyutada saxlamağa üstünlük verirdilər ki, bunların da sayının azalacağı gözləniləndir. O baxımdan, əgər bu ilin birinci yarısında manat stabil qalarsa, o zaman ilin ikinci yarısında mənzil bazarında tələbin artması proqnozlaşdırılır.

Təbii ki, bu halda tələbin artması baş versə də, 2017-ci ildə mənzil bazarında kəskin qiymət artımları gözlənilmir. Çünki formalaşmış təklif ilə tələb arasında uçurum çox böyükdür. Bunun optimallaşması zaman tələb edilir. Əgər manatın stabilliyinə nail olmaq mümkün olmazsa, o zaman növbəti aylarda da mənzil bazarındakı durğunluq qalacaq. Bununla belə, valyuta bazarı stabilləşərsə və bu kontekstdən tələb artarsa, o zaman 2018-ci ilin əvvəlində müəyyən qiymət artımları istisna edilmir”.