XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

05 Aprel 2017 - 19:45

Ermənistana ayda nə qədər pul axır?

2017-ci ilin fevral ayında Rusiyadan Ermənistana pul köçürmələri ötən ilin fevral ayı ilə müqayisədə 26,5%  artaraq 57,2 milyon dollar olub. 

Novator.az-ın məlumatına görə, Ermənistan Mərkəzi Bankı belə hesabat yayıb.

Hesabatda bildirilir ki, fevral ayı ərzində Rusiyadan Ermənistana pul köçürmələrində 31,4% artım qeydə alınıb.

ABŞ-dan Ermənistana pul köçürmələrinin həcmi 2017-ci ilin fevralında 12 milyon dollar təşkil edib. Bu, 2016-cı ilin fevralı ilə müqayisədə 11,6% azdır. Ancaq fevral ayı ərzində həcm 12,4% artıb.

Fevral ayı ərzində bank sistemi ilə Ermənistandakı fiziki şəxslərə ümumən 101,1 milyon dollar daxil olub. Bunun ötən ilin eyni dövrü ilə müqayisədə 1,58% az olduğu bildirilir.